Luma'tul İti'qad|書籍線上App不用買

シェア記事:

【免費書籍App】Luma'tul İti'qad-APP點子

Bütün həmdlər Allaha aiddir! Ona həmdü-səna edir, ondan bağışlanma diləyirik. Şahidlik edirik ki, Ondan başqa ibadətə layiq heç bir məbud yoxdur, Təkdir və heç bir şəriki yoxdur və yenə şahidlik edirik ki, Muhamməd əl-Mustafa – salləllahu aleyhi va səlləm – onun qulu və peyğəmbəridir. Ona, pak və təmiz ailə üzvlərinə və şərəf sahibi səhabələrinə salam və xeyir-dua olsun!

Sizə təqdim edəcəyimiz kitab məşhur İslam alimi Muvaffəqu’d-Din İbn Qudamə’nin qələmə aldığı bir əqidə kitabıdır. Kitab alimlər tərəfindən qəbul olunmuş, haqqında çox saylı şərhlər yazılmış və tələbələrin dilində məşhur olmuş mübarək bir kitabdır. Müəllif kitabını “Lum’atul-‘İtiqad” adlandırmış və bununla bir müsəlmana kifayət edəcək qədər İslam əqidəsi barəsində kiçik bir kitab, bir risalə yazmağı qəsd etmişdir. Bu kitab sadəcə olaraq “əl-’İtiqad” da adlanmışdır.

Bu gözəl kitabı müasir alimlərdən bir çoxu şərh etmişdir. Onların arasında Şeyx Muhamməd Saleh bin Useymin, Şeyx Abdullah ibn Cibrin və Saleh əl-Fəuzan kimi böyük elm əhlinin adlarını sadalamaq olar. Bu isə öz növbəsində kitaba verilən xüsusi əhəmiyyətdən xəbər verir.

Bu çalışmamızda tərcümə ilə yanaşı bəzi məlumatlar verdik. Bununla kitabda qaranlıq məqamlar aydınlaşmış olur, eləcədə faydanın tamamlanması məqsədi ilə müxtəlif mövzular haqqında qeydlər əlavə etmişik. Bu işimizdə bir çox kitabdan faydalandıq:

- Şeyx Abdullah bin Abdir-Rahmən əl-Cibrin’in “əl-İrşad Şərh Lum’atil-‘İtiqad əl-Hadi ilə Səbili’r-Rəşad” adı ilə “Daru Tibə” kitab evinin hicri 1418/ miladi 1997 tarixində nəşr etdikləri şərh. Kitabı Muhamməd bin Haməd əl-Muni təhqiq etmişdir.

- Şeyx Muhamməd bin Saleh əl-Useymin’in bu kitaba yazdığı şərhi üçün Əbu Muhamməd Əşrəf bin Abdil-Məqsud’un təhqiqi və inayəsi ilə “Daru Tabəriyyə” kitab evinin 1415/1995 tarixli nəşrindən istifadə etdik. Kitab sadəcə olaraq “Şərh Lum’atil-‘İtiqad - Şərh Muhamməd bin Saleh əl-Useymin” adı ilə çap olunub.

【免費書籍App】Luma'tul İti'qad-APP點子

Tərcüməmizdə məhz bu kitabdakı təhqiqdən xüsusilə yararlandıq.

- Şeyx Saleh əl-Fəuzan’ın “Şərh Lum’atil-‘İtiqad” kitabı

- Şeyx Abdur-Rahmən bin Saleh əl-Mahmud’un “Təysiru Lum’atil-‘İtiqad” adlı şərhi

Quran ayələrinin təqdim edərkən həm Ziya Bünyadov və Vasif Məmmədəliyevin tərcüməsini, həm də Əlixan Musayevin tərcüməsinə nəzər saldıq. Bir çox yerdə tərcümələrə ehtiyac çərçivəsində dəyişikliklər etdik. Oxucuları kitabın müəllifi ilə tanış etmək üçün onun haqqında mətndən əvvəl bir qədər

【免費書籍App】Luma'tul İti'qad-APP點子

məlumat verdik. Oxucuları kitaba qayğı ilə yanaşmalarını və kitabı diqqətlə öyrənməyə çağırırıq.

Kitabın hüquqlarına gəldikdə isə oxuculara nisbətdə yalnız bir hüququn olduğunu qeyd etmək istərdik. Oxucudan kitabı başqa müsəlman qardaş və bacılara da ötürmələrini, onlar üçün bu kitabı oxumağı asanlaşdırmalarını xahiş edirik və bununla bizim bu tərcümə işimizə şərik olursuz. Mükafat Allahdandır və ümid edirik ki, Allah bu əməlimizi qəbul edər və bunu bizim üçün həmişə davam edən bir sədəqə edər.

Sonunda qeyd etməliyik ki, tərcüməmizdə hər hansı bir xətaya yol vermişiksə bu, bizim özümüzdəndir, lakin haqqa isabət etmişiksə bu, yalnız və yalnız Allahın lütfü və hidayəti ilə olmuşdur.

Aləmlərə rəhmət olaraq göndərdiyi sonuncu peyğəmbərinə salam və xeyir-dua olsun!

Tərcümə etdi: Samir Firdovsioğlu

【免費書籍App】Luma'tul İti'qad-APP點子

Proqramı hazırladı: Rəşad Abbasov

免費玩Luma'tul İti'qad APP玩免費

免費玩Luma'tul İti'qad App

Luma'tul İti'qad APP LOGO

Luma'tul İti'qad LOGO-APP點子

Luma'tul İti'qad APP QRCode

Luma'tul İti'qad QRCode-APP點子
熱門國家系統支援版本費用APP評分上架日期更新日期
未知Android
Google Play
1.0
App下載
免費
1970-01-012015-03-10
シェア記事: